Çin birinciliyi Amerikanın əlindən aldı

BVF-nın son məlumatlarına görə 2014-cü ildə Çin alıcılıq qabiliyyəti imkanlarını 17,6 trilyon dollara yüksəldib

ABŞ 1872-ci ildən bu tərəfə  əlində tutduğu "dünyanın ən böyük iqtisadiyyatı" ünvanını Çinə uduzub.
 
BVF-nın  son məlumatlarına görə 2014-cü ildə Çin alıcılıq qabiliyyəti imkanlarını 17,6 trilyon dollara yüksəldib. ABŞ-da isə bu rəqəm 17,4 trilyon dollar olub. Beynəlxalq  Valyuta Fondunun proqnozlarına görə, 2015-ci ildə iki ölkə arasındakı fərq 1 trilyon dollara çatacaq.
 
BVF-nın rəhbəri  Christine Lagard isə Çin iqtisadiyyatının sabitliyini və gələcəyini qiymətləndirmək üçün yalnız bir göstəricinin əsas hesab ediləcəyini deyib.
 
Bu arada,  qeyd edək ki, Amerika hələ də ÜDM-in həcminə görə liderdir. ABŞ-da bu rəqəm 17 trilyon dollar olub.

Google+ WhatsApp ok.ru