Çin Cənubi Koreyanın hava məkanını pozub

Cənubi Koreya Çin hərbi təyyarələrinin hava məkanını pozduğunu açıqlayıb. 
 
Maide.az-ın məlumatına görə, Baş Qərargah Rəhbərliyindən bildiriblər ki, Çinə məxsus iki hərbi təyyarə həftə sonu ölkənin hava məkanını pozub.
 
Nazirlik sözçüsü Ha Kyu Çin təyyarələrinin geri çəkilmədən əvvəl Jeju adası yaxınlığında uçduğunu, Cənubi Koreya ordusunun da "lazımi nəzarət və taktika tədbirləri" gördüyünü söyləyib.
 
Çin təyyarələrinin Cənubi Koreyanın hava sahəsinə daxil olması iki ölkə arasındakı gərginliyi artırıb.
 
Qeyd edək ki, Seul və Pekin hökumətlərinin Şimali Koreyanın il başında hidrogen bombası sınadığı iddialarına birgə etiraz məsələsi uğursuz olmuşdu.

Google+ WhatsApp ok.ru