Çində Quranın yeni nüsxəsi nəşr edilib

Çinin ən böyük islam müəssisəsi olan cəmiyyəti Quran Kərimi çin və ərəb dillərində tərtib olunaraq çap olunub.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  Çinin İslami Cəmiyyəti elan edib ki, yeni nəşr edilən Quran nüsxəsi Çin müsəlmanlarına imkan verir ki , səmavi kitablarını daha dəqiq başa düşsünlər.
Quran  Ərəb və Çin dillərində tərtib olunub və oxucuya tərcüməni müqayisə etməklə mənaları daha dərindən anlamağa imkan verir.
Quran 10 min  tirajla çap edilib. Quranın Çin dilinə tərcüməçisi mərhum " Maciyan " dır. Tərcüməçin tərcümələri Çin müsəlmanları arasında ən etibarlı tərcümələrdəndir. /  
 

Google+ WhatsApp ok.ru