Çində dünyanın ən yaşlı sakini ölüb

Çində dünyanın ən yaşlı sakini ölüb

 
Çinin Çendu şəhərində yaşayan dünyanın ən yaşlı sakini Fu Sutsin 120 yaşında dünyasını dəyişib. 
 
FaktXəbər-in məlumatına görə, bu barədə "Sinhua" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, qadının 100-ə yaxın nəvəsi, nəticəsi və kötücəsi olub.
 
Qeyd edək ki, Sutsin 19 iyul 1897-ci ildə anadan olub.  
 
"The World Records Flag Carry" Təşkilatı onu dünyanın ən yaşlı insanı tanıyıb. /

Google+ WhatsApp ok.ru