Çində hava çirklənməsi son dərəcə təhlükəli səviyyədədir

Çində hava çirklənməsi son dərəcə təhlükəli səviyyədədir

Çinin şimalındakı Pekin və Tiencin şəhərləri ilə bəzi əyalətlərdə narıncı həyəcan siqnalı verilib, bəzi uçuşlar ləğv edilib.
 
Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Çinin şimal bölgəsində artan hava çirklənməsi və görüntü məsafəsinin 200 metrə qədər aşağı düşməsinə görə narıncı həyəcan siqnalı verilib.
 
Çin Milli Meteorologiya Mərkəzi (NMC), ölkənin şimalındakı Pekin və Tiencin şəhərləri ilə Hibey, Hinan, Şanşi, Şaanşi, Cilin, Heylongciang, Liaoninq əyalətlərində görüntü məsafəsinin 200 metrdən az olmasına  görə narıncı həyəcan siqnalı verildiyini bildirib.
 
Hava çirklənməsi artmasından dolayı Pekinin beynəlxalq Hhava limanından bəzi uçuşlar ləğv edilib.
 
Ölkədə hava çirklənməsi həyəcan sistemində mavi, sarı, narıncı və qırmızı olmaq üzrə dörd mərhələ tətbiq olunur.
 

Google+ WhatsApp ok.ru