Çində elektrostansiyada baş vermiş qəza ilə bağlı 9 nəfər saxlanıldı

Çində elektrostansiyada baş vermiş qəza ilə bağlı 9 nəfər saxlanıldı

Çin polisi bazar ertəsi tikilməkdə olan elektrostansiyada baş vermiş uçqun hadisəsinə görə şübhəli bilinən 9 nəfəri saxlatyıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, onların hər biri cinayət məsuliyyətinə cəlb oluna bilər.
 
Hadisə noyabrın 25-də Çinin şərqində Fençen şəhərində baş verib. Tikintisi davam edən elektrostansiyanın uçması nəticəsində 74 nəfər həlak olub, 2 nəfər yaralanıb.
 

 

Google+ WhatsApp ok.ru