Çində havanın çirklənməsi ilə mübarizə üsulu: şaquli meşələr

Çində havanın çirklənməsi ilə mübarizə üsulu: şaquli meşələr

Çində havanın çirklənməsinə qarşı mübarizə məqsədilə böyük həcmdə oksigen istehsal edən meşəyə bənzəyən, hündür qüllələr inşa olunacaq.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Nanjing şəhərində inşası planlaşdırılan, “Nanjing qüllələri” adlanan iki yüz və yüz metrlik iki qüllənin inşasında 23 növdə 2500 koldan və 1100 ağacdan istifadə ediləcək.
 
“Nanjing qüllələri” dünyada üçüncü, Asiyada isə ilk şaquli meşə olaraq tarixə düşəcək.
 
Oxşar qüllələr bundan əvvəl İtalyanın Milan, İsveçrənin isə Lozanna şəhərində tikilib.
 

Google+ WhatsApp ok.ru