Çində müsəlmanları kontrol etmək üçün kameralar quraşdırılır

Çində müsəlmanları kontrol etmək üçün kameralar quraşdırılır

 Çin dövləti bu ölkədə yaşayan müsəlmanları izləmək və kontrol etmək üçün müxtəlif ərazilərdə kameralar quraşdırıb.
 
Maide.Az İQNA-a istinadla bildirir ki, İnternet təhlükəsizlik mütəxəssisi Viktor Cefriz bu barədə deyib.
 
Onun sözlərinə görə, Çinin internet təhlükəsizlik şirkətlərindən biri Sincan əyalətində yaşayan 2 milyon 500 min nəfəri gizli kameralar vasitəsi ilə nəzarət altında saxlayır.
 
O əlavə edib ki, bu kameralar ərazidə  hər bir hərəkəti izləyir və qeyd edir. Bunadan əlavə həmin region mobil telefonlar vasitəsi ilə də ciddi nəzarət altındadır.
 
Qeyd edək ki, Çin dövləti Sincan əyalətində yaşayan milyonlarla müsəlmanı məcburi düşərgələrdə həbs edib. Onları işkəncələr verir və uşaqları ailəsindən ayırır. Habelə müsəlmanları məstedici içkilər içməyə və donuz əti yeməyə məcbur edirlər.
 

Google+ WhatsApp ok.ru