Çin hərbi xərclərini azaldır

Son illərdə müdafiə büdcəsi ikirəqəmli ədədlərdə artıranÇin, iqtisadi durğunluğun da təsirilə hərbi xərclərini gələn il azaldacaq.
 
Maide.az-ın məlumatına görə, Çin iqtisadi artımın ləngiməsindən sonra müdafiə xərcləri məsələsində ixtisara gedəcəyini açıqlayıb.
 
Agentliklərin məlumatına görə, bu il Çində 8 faiz həcmində artım gözlənilir. İqtisadi durğunluqla bağlı tədbirlər görən Çin rəhbərliyi, 2010-cu ildən sonra ilk dəfə müdafiə xərcləri təkrəqəmli səviyyəyə düşüb. Son iyirmi ildir ki, Çinin müdafiə büdcəsi hər il ikirəqəmli ədədlə artırılırdı.
 
Məsələ ilə bağlı açıqlama verən parlament sözçüsü Fu Ying 2016-cu ilin müdafiə büdcəsinin bazar günü başlayacaq Xalq Konqresi zamanı açıqlanacağını deyib.

Google+ WhatsApp ok.ru