Çinin ilk zəvvar karvanı müqəddəs torpaqlara çatıb 01 Avqust 2017 01:00 Dünya Çinin builki 284 nəfərlik ilk həcc dəstəsinin Səudiyyə Ərəbistanının Mədinə şəhərinə gəldiyi bildirilib. Maide.İnfo "Sinhua" agentliyinə istinadən xəbər verir ki, ölkənin cənubundakı Yünnan əyalətindən yola çıxan 284 çinli müsəlman, Mədinədə beş gün qaldıqdan sonra Məkkəyə gedəcək. Çin İslam Cəmiyyəti bu il 12 mindən çox çinli müsəlmanın həccə gedəcəyini bildirib. Ölkənin paytaxtı Pekin, Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçi və Gani əyalətinin paytaxtı Lancoudan keçiriləcək çarter uçuşlarla daşınacaq çinli hacı namizədlərinin əvvəl Mədinəyə, oradan da Məkkəyə aparılacağı qeyd olunub. Çindəki 56 etnik azlıqdan 10-u müsəlmandır. Xoi (Çinli Müsəlmanlar) ilə uyğur, qırğız, qazax, tacik, tatar, özbək, salar, baoan və dongşiang etnik azlıqları, intensiv olaraq ölkənin şimal və şimal-qərbində yaşayır. / Teqlər : #Çinin ilk zəvvar karvanı müqəddəs torpaqlara çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abu-Dabi ürək qüsuru olan uşaqların müalicəsində inqilabi üsul kəşf edilib Moskva məhkəməsində atışma: Ölənlər var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO