Çinin `Çinghay` əyalətində məscidlərin səsucaldıcıları yığışdırıldı

Çinin `Çinghay` əyalətində məscidlərin səsucaldıcıları yığışdırıldı

Çinin Çinghay əyalətinin şimal- qərbində yerləşən Hulunghuy şəhərinin məsulları bu şəhərin 355 məscidinin səsucaldıcılarını ətraf mühitdə səs çirklənməsi yaradır bəhanəsi ilə yığışdırıb.
 
"Globaltimes" xəbər və informasiya portalının yerli qəzetlərə istinadla yaydığı bu xəbərdə deyilir ki, Çinin Çinghay əyalətinin şimal- qərbində yerləşən Hulunghuy şəhərinin valiliyi müxtəlif təşkilat və müəssisələrə, o cümlədən islami müəssisə və məscidlərə xəbərdarlıq göndərərək ətraf mühitin səs çirklənməsinin qarşısını almaq bəhanəsi ilə səsucaldıcıların məscidlərdən yığışdırılması barədə göstəriş verib.
 
Çinin Çinghay əyalətinin Haydung şəhərinin vəzifəli məsulları da şəhər meriyasının rəsmi informasiya protalında belə bir xəbər yayıb ki, bu şəhərin sakinləri məscidlərin səsucaldıcılarının yaratdığı səs çirkinliyindən şikayət edib. Bu barədə şikayətlər Çinin şimal-qərb əyalət və şəhərlərində də çoxalıbdır.
 
Bəzi müsəlmanlar sosial şəbəkələrdə səsucaldıcıların məscidlərdən yığışdırılmasına etirazlarını bildirib və bunu müsəlmanlara qarşı hörmətsizlik hesab ediblər. /

Google+ WhatsApp ok.ru