Çin koronavirusla mübarizə üçün Fələstinə tibbi heyət göndərib

Çin koronavirusla mübarizə üçün Fələstinə tibbi heyət göndərib

Çin hökuməti koronavirusla mübarizə aparmaq məqsədilə Fələstinə tibbi heyət göndərib. 
 
Maide.Az xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi cümə axşamı günü verdiyi açıqlamada bir qrup tibb mütəxəssisin koronavirusla mübarizə məqsədilə Fələstinə göndərdiyini açıqlayıb. 
 
Çinli mütəxəssislər Fələstin rəsmiləri və mütəxəssisləri ilə birgə işləyəcək və eyni zamanda fələstinli xəstələri müalicə edəcəklər. 
 
Qeyd edək ki, qlobal “Covid-19” pandemiyasının ardınca Çin öz ekspert qruplarını müxtəlif ölkələrə göndərib və bu sahədə Qərbi Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. 
 

Google+ WhatsApp ok.ru