Çin pulu Avropa bazarlarına daxil olur

Almaniya Baş naziri Çin prezidenti Pekində görüşərək Çin valyutasının Avropa valyuta bazarlarında dövrünü artırmaq üçün birgə təşəbbüsə imza atıb

Maide.az xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel ilə Çin prezidenti Xi Jinping Pekində görüşərək, Çin valyutasının Avropa maliyyə sektorunda dövrünü artırmaq üçün birgə sənəd imzalayıblar. 
Çin Maliyyə Müddətli Əməliyyatlar Birjası, Şanxay Daşınan Qiymətlər Birjası və Alman Borse Qrupu yuan cinsindən əmlakın alqı-satqı və qiymətləndirilməsi üçün ümumi təşəbbüs başladıb.
Müqavilə Çin valyutası yuanın Avropa maliyyə bazarında istifadəsini təşviq etməyi qarşısına məqsəd qoyur.
Birgə təşəbbüs Frankfurtda 18 noyabr tarixində ilk əməliyyatla həyata keçiriləcək.

Google+ WhatsApp ok.ru