Çin səmalarını Rusiya silahları qoruyacaq

Maide.az xəbər verir ki, Rusiyanın “Rosoboroneksport” şirkəti Çin Müdafiə Nazirliyi ilə ən müasir S-400 “Triumf” zenit-raket komplekslərinin satışına dair müqavilə imzalayıb. 
 
Məlumata görə, müqavilə payızın əvvəllərində imzalanıb və Çinə ən azı 6 ədəd S-400 göndərilməsi nəzərdə tutulub. Müqavilənin qiyməti 3 milyard dollar həcmində qiymətləndirilir. 

Google+ WhatsApp ok.ru