Instagram-dan istifadəçiləri sevindirəcək yeni bir FUNKSİYA

Instagram-dan istifadəçiləri sevindirəcək yeni bir FUNKSİYA

 
FaktXeber.com-un məlumatına görə, Instagram sosial şəbəkəsi  bu gün Instagram Stories adlı yeni funksiyanı təqdim edib. Bu, fotoları 24 saat müddətində paylaşmağa imkan verir, bundan sonra şəkillər akkauntdan siliinir. 
 
Şəkilləri elə tətbiqin özündən çəkmək mümkündür. Bundan əlavə lentəə  artıq qurğuda olan  foto və videonu (ancaq son 24 saatda çəkilən) əlavə etmək mümkündür.
 
Foto və videonu  redaktə etmək mümkün olacaq. Instagram Stories-də məhz yeni funksiya üçün 7 filtr var. Bundan başqa tətbiqdə 10 saniyədən artıq olmayan video yükləmək, həmçinin foto-videolara stikerlər əlavə etmək və onların üzərində şəkil çəkmək olur. 
 
Əgər istifadəçi Instagram Stories-də olan şəklinin 24 saatdan sonra itməsini istəmirsə, paylaşdıqlarını Instagram lentində saxlaya bilər. Həmçinin fotonu  smartfon və ya planşetdə albomda yaddaşa köçürmək olar.
 
Instaqram-ın əsas lentindən fərqli olaraq, Instagram Stories-də  şəklə  «bəyəndim»  işarəsi qoymaq, yaxud onu şərh etmək mümkün olmayacaq. Həmçinin bu bölmədə reklam olmayacaq. Bununla belə, müəllifə  özəl mesaj göndərməklə hər bir statusa reaksiya vermək olar.
 
Foto və videoya kimlərin baxdığını bilmək üçün, istifadəçinin  fotoya barmağını yaxınlaşdırması kifayətdir. 
 
Bundan başqa İnstagram Stories-də paylaşılan fotoları ayrı-ayrı şəxslərin, yaxun istifadəçi qrupların girişini bağlamaq mümkündür.
 
"Bizə özümüzü azad hiss etdiyimiz və "görəsən kiminsə xoşuna gəlib" kimi əzablı hislər olmadan istədiyimizi paylaşacağımız yer lazımdır", - deyə Instagram-ın yaradıcısı və baş direktoru  Kevin Sistrom deyib.
 
Sistrom həmçinin hesab edir ki, yeni funksiya istifadəçini daha çox foto paylaşmasına stimul olacaq və həftədə bir foto paylaşan istifadəçi, Instagram Stories-də bunu gündə 5-10 dəfə edəcək.
 
Qeyd edək ki, Instagram-ın yeni funksiyasının,  istifadəçilərin ancaq bir gün üçün foto və video paylaşdıqları Snapcat-la ümumi cəhətləri var. ABŞ yeniyetmələri arasında Snapcat  populyarlaşmağa başladıqdan sonra  İnstagram belə bir funksiyanı işə salıb. /

Google+ WhatsApp ok.ru