Yaponlar bunu da etdi: Gözləri yaşartmayan soğan

Yaponlar bunu da etdi: Gözləri yaşartmayan soğan

 
Yaponiyada meyvə və tərəvəz istehsalı ilə məşğul olan bir şirkət  gözləri yaşartmayan və acılamayan soğan istehsal edib.
 
Maide.Az  xəbər verir ki, soğanı doğrayarkən gözün acılanması və yaşarması hər kəsi incidir, lakin yapon soğanı ilə bu problem öz həllini tapıb və yeni soğanlarda qoxu yoxdur.  
 
Alimlər  bu növ soğanlarda yayılan fermentlərin miqdarını azaldıblar və buna görə də gözlər yaşarmır. 
 
Qeyd olunan bu növ soğanı əldə etmək üçün alimlər 10 ildən çox tədqiqat aparıblar. 
 
Bildirilir ki, bu növ soğanlar digər növləri ilə müqayisədə daha şirindir. Cari ildə  bu növ soğanlardan 5 ton Tokio mağazalarında sınaq üçün satışa çıxarılıb. Cari ilin payızından isə dünya bazarında gözləri yaşartmayan soğan satışa çıxarılacaq. Bu soğanın hər birinin  qiyməti 2 dollar müəyyənləşib.
 

Google+ WhatsApp ok.ru