Çin tibbi maskaların çatışmazlığı ilə mübarizə yolu tapdı

Çin tibbi maskaların çatışmazlığı ilə mübarizə yolu tapdı

Çinin Pekin şəhərində tibbi maskalar istehsal edən yeni fabrik inşa ediləcək. "Sinxua" Xəbər Agentliyinə görə, bu, onların çatışmazlığına qarşı mübarizə yolu olacaq.

 
"China Construction First Group" adlı yerli şirkət 6 günə istehsala başlamaq niyyətindədir. Zavod gündə 250 min maska ​​istehsal edəcək.
 
  Yanvar ayının sonunda dünyaya ölümcül virus səbəbiylə tibbi maskaların çatışmazlığı proqnozlaşdırıldı. "Amazon" və "Alibaba" onlayn platformalarında bir çox mağaza mallarının tükəndiyini qeyd edirdi. Bəzi satıcılar maskaları pərakəndə satışı dayandırmışdı. Yalnız 2 mindən 10 minə qədər maska ​​sifarişi qəbul edilirdi.  
 
Son məlumatlara görə, yetmiş mindən çox insan COVID-19 koronavirusuna yoluxub, 1775 nəfər ölüb. Yoluxanların əksəriyyəti Çindədir. Koronavirusun ilk yayılması Çinin Uhan şəhərində, 2019-cu il dekabrın sonunda qeydə alınıb. ÇXR ilə yanaşı, 20-dən çox ölkədə də yoluxma halları müəyyən edilib. Faktxeber/

Google+ WhatsApp ok.ru