Çin yeni istehsal etdiyi son nəsil qırıcını nümayiş etdirdi - VİDEO

Çin yeni istehsal etdiyi son nəsil qırıcını nümayiş etdirdi - VİDEO

Çin Asiyada ABŞ-ın hərbi iştirakına görə bolgədə yaranmış  gərginlik fonunda öz istehsalı olan 5-ci nəsil J-20  gizli ("Tsyan-20) qırıcısını nümayiş etdirib.
 
Maide.Az xəbər verir ki, "J-20" Çinin Çjuxay şəhərində "Airshow China-2016" avia-kosmik salonda nümayiş etdirilib. Təyyarənin nümayişinə  baxmaq üçün ölkənin rəsmiləri, tanınmış şəxsiyyətlər,xarici ölkələrin diplomatik korpus nümayəndələri iştirak ediblər. 
 
Təyyarə Çin tərəfindən istehsal olunub. Qırıcının istehsalı ilə "Chengdu Aircraft Industry Corporation" məşğuldur. Təyyarənin sınaq uçuşu 2011-ci ildə baş tutub. 
 

Google+ WhatsApp ok.ru