Şirvanda intihar, Balakəndə intihara cəhd olub- YENİLƏNİB

Şirvan sakini ov tüfəngi ilə özünü öldürüb.
 
Şirvan Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şirvan şəhəri G. Şıxbala oğlu küçəsi, ev 38, mənzil 5 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Qarayev Əfqan Niyazi oğlu 16 kalibrli ov  tüfəngindən atəş açaraq intihar edib.
 
Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ekspertinin verdiyi rəyə görə, çənəaltı və boğaz nahiyəsinə dirənən silahdan açılan güllə yarası Əfqan Qarayevin ölümünə səbəb olub.
 
İntihar edən şəxsin qohumlarının bildirdiyinə görə, son aylar mərhumun psixoloji durumunda problemlər yaranıb. Hətta bir müddət əvvəl Ə. Qarayevin özünü asmaqla intihar etmək cəhdinin qarşısı yaxınları tərəfindən alınıb.
 
Faktla bağla Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.
 
Balakəndə isə 33 yaşlı kişi intihara cəhd edib. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX)  verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1981-ci il təvəllüdlü Eldəniz Qurban oğlu Bodurov bədəninin qarın nahiyəsinin kəsilmiş və deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.
 
Onun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. E. Bodurovun  vəziyyəti orta-ağır qiymətləndirilir. 
 
Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Eldəniz Bodurovun yaşadığı evdə baş verib. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, Eldəniz Bodurov ailə münaqişəsi zəminində valideyni ilə mübahisə edib və özünə xəsarət yetirib.
 
Faktla bağlı araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru