israil rejimi daha 2 fələstinlini həbs etdi

İsrail rejimi İordan çayının Qərb sahilində və Qüdsdəki bəzi evlərə basqınlar təşkil edib.
 
Maide.az-ın məlumatına görə, İsrail rejiminin polisi tərəfindən yayımlanan açıqlamada bildirilir ki, saxlanılan şəxslərin evindən silah tapılıb. 
 
Şəxsiyyəti gizli saxlanılan 2 fələstinlinin sorğu-sual üçün İsrail rejiminin daxili kəşfiyyat orqanına (Şin Bet) nəql edildiyi bildirilir.
 
Qeyd edək ki, Qərb sahili və Qüdsdə tez-tez basqınlar təşkil edən İsrail rejimi, müxtəlif qondarma səbəblərdən Fələstinliləri həbs edir.

Google+ WhatsApp ok.ru