I və IV ixtisas qrupları üzrə abituriyentlərin 86 faizin biliyi: 0-199 bal

Ali təhsil müəssisələrinə əvvəlki illərin məzunlarının I və IV ixtisas qrupları üzrə mayın 22-də keçirilmiş qəbul imtahanının nəticəsi açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, imtahanlarda yalnız 10 nəfər 600-700 arası bal toplayıb. 32 nəfərin 500-599, 98 nəfərin 400-499 arası bal topladığı qeyd edilir.
 
Aşağı bal toplayanlar üstünlük təşkil edir. Onlardan 1109 nəfər 200-299 arasında bal toplayıb. 10214 nəfərin topladığı bal isə 0-199 arasındadır. Bu isə abituriyentlərin 86 faizindən çoxu deməkdir.
 
Bu, mayın 15-i II və III qruplar üzrə göstərilən nəticədən daha aşağıdır. Onda abituriyentlərin 75 faizindən çoxu 0-199 arasında bal toplamışdı.
 

Google+ WhatsApp ok.ru