Iyul ayının 28-nin Fitr bayramı olması ehtimal olunmur

Iyul ayının 27-də (bazar günü) gün batan çağı ayın görünməsi ehtimalı həddən artıq azdır və iyul ayının 28-nin (birinci gün) Fitr bayramı olması ehtimal olunmur. Bu sözləri İranın Ali Liderinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitənin sədri höccətül-islam Əhməd Mərvi bu gün (şənbə günü) keçirdiyi mətbuat konfransında deyib.Bu barədə Maide.az İranın İSNA xəbər agentliyinə istinadən məlumatı verir

Ə.Mərvi deyib ki, hazırda 150 ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparır və əgər bazar günü (27 iyul) gün batan çağı ay görünərsə Ali Liderin ofisinə məlumat veriləcək və biz KİV-lər vasitəsi ilə xalqa elan edəcəyik.

Ə.Mərvi deyib ki, bazar günü gün batan çağı ay görsənməzsə təqvimə əsasən əməl olunacaq və Ramazan ayı 30 gün olacaq və Fitr bayramı iyul ayının 29-da qeyd olunacaq.

 

Google+ WhatsApp ok.ru