`JEK` müdirinin oğlu icra başçısının köməkçisi oldu

Bərdə rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. Maide.az "Report"a istinadən xəbər verir ki, rayon icra hakimiyyəti başcısının iqtisadi məsələlər üzrə yeni müavini və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsininə yeni müdir təyin edilib. 
 
Təyinatlarla bağlı qərarı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev imzalayıb. İcra başçısın qərarı ilə İlham Məmmədov iqtisadi məsələlər üzrə müavin, Zaur Bəylərov isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub.
 
İ.Məmmədov əvvələr rayon icra başcısının aqrar məsələr üzrə müavini, Z.Bəylərov isə icra başcısının köməkcisi vəzifəsində işləyib. Z.Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi Vidadi Bəylərovun kiçik qardaşıdı.
 
Rayon icra başcısının digər sərancamı ilə boş qalan icra başcısın köməkcisi vəzifəsinə mənzil istismar sahəsinin rəisi Natiq Hətəmovun oğlu Anar Hətəmov təyin edilib.
 
Qeyd edək ki, bundan əvvəl rayon icra başçısının iqtisadi məsələlər üzrə müavini Vidadi İmamquluyev olub. Onun kürəkəni Yusif Yusifzadə isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü vəzifəsində calışıb. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bir müddət əvvəl onların hər ikisini vəzifəsindən azad edib. 

Google+ WhatsApp ok.ru