Jurnalistlrəə mənzillərinin orderi verildi

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi "Jurnalistlər binası"nda “Kütləvi çıxarış” kampaniyasını təşkil edib.
 
Bu binada mənzil sahibi olan 100-dən çox jurnalistə bilavasitə onların ünvanında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub.
 
Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.
 
 

Google+ WhatsApp ok.ru