Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan qurumdan açıqlama

"Bakı Nəqliyyat Agentliyinin yaradılması və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin onun tabeliyinə verilməsi ilə bağlı fərmanı intellektual nəqliyyat sisteminə müsbət təsir göstərəcək və onun inkişafına daha böyük təkan olacaq. Fikrimizcə, yeni qurumun yaradılması doğru, düşünülmüş, yerində verilmiş qərardır."
 
Maide.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
 
Onun sözlərinə görə, hələlik NİİM öz əvvəlki iş rejimi ilə fəaliyyətini davam etdirir: "Fərman hələ cəmi 2 gündür imzalandığından hələlik heç nə yaradılmayıb. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliyi 3 ay ərzində yaradılmalıdır və biz də onun tabeliyinə verilirik. Hazırda isə biz NİİM olaraq yenə də öz əvvəlki rejimimizlə işləyirik".

Google+ WhatsApp ok.ru