Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub

Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə AzadlıqRadiosuna özü məlumat verib. Bildirdiyinə görə, o, oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.

 

“Sərhəddə parportumu təqdim etdim. Mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.”

 

Xədicə İsmayıl qadağanın səbəbindən xəbərsiz olduğunu dedi:

 

“Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər. Səhər Baş Prokurorluğa məktub yazacam, səbəbini öyrənmək istəyəcəm. Görək bizi hansı sürprizlər gözləyir”- deyə o əlavə edib.

 

"Forum 2000" konfransı 1997-ci ildən bəri hər ilin sentyabr və ya oktyabr aylarında Çexiyanın paytaxtı Praqada keçirilir./

Google+ WhatsApp ok.ru