Milli Şuranın mitinqində İŞİD bayrağı qaldıran 4 nəfər saxlanılıb - FOTO

Bakıdakı «Məhsul» stadionuna toplaşanlar hakimiyyətdən repressiyaların dayandırılmasını, siyasi məhbusların azad olunmasını tələb edirlər. Milli Şuranın təşəbbüsü ilə keçirilən mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 100-dək siyasi məhbusun olmasına diqqət çəkirlər. Azərbaycan rəsmiləri bu məlumatları qərəzli adlandırır, ictimai fəalların həbsi arxasında heç bir siyasi motivin olmadığını bəyan edirlər.
Mitinq zamanı 4 nəfər İŞİD terrorçularının bayrağını dalğalandırıb. Maraqlı məqam burasındadırki bu şəxs İŞİD-ın bayrağını tərsinə tutub. Bayrağı tərsinə tutmağın isə nə olmasını hər kəs gözəl bilir. Müxalifət isə bunu təxribat hesab edir. 


Qeyd: Foto Sancaq və azadlıqradiosuna aiddir./

Google+ WhatsApp ok.ru