Kərbəlada Ərbəin ziyarəti mövzusunda  beynəlxalq konfrans keçiriləcək

Kərbəlada Ərbəin ziyarəti mövzusunda beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 14-də  Kərbəlada  “Ərbəin ziyarəti, mövzular və nəticələr”  mövzusunda beynəlxalq konfrans keçiriləcək. 
 
Maide.Az xəbər verir ki, bu elmi konfrans  İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən  “Kərbəla” elmi tədqiqatlar və araşdırmalar mərkəzinin təşəbbüsü ilə  keçirilir.  
 
Konfrans şənbə günü  yerli vaxtla saat 9-da  İmam Hüseyn (ə) hərəminin “Seyidül-Övsiya” konfrans zalında başlayacaq. 
 
Konfransda müxtəlif ölkələrdən  elm adamları, araşdırmaçılar və yazıçılar iştirak edəcək. 
 

Google+ WhatsApp ok.ru