Kərzai: Amerika bölgədə radikalizmin əsl qaynağıdır!

Maide.az xəbər verir ki, Əfqanıstanın keçmiş preidenti Həmid Kərzai "Azad Avropa" radiosuna verdiyi açıqlamada amerikalı yüksək çinli şəxslərin, Pakistanın Əfqanıstanda terror aktları törədən terroristlərə sığınma haqqı verdiklərini, ancaq Amerika mövqelərinin Əfqanıstanın bu məsələni Pakistanla müzakirə etməməsi üçün israr etdiklərini söyləyib.
 
Kərzai əlavə olaraq bildirib ki, Amerika həm oğrunu oğurluğa təşviq edir və həm də ev sahibindən oğrunu tutmasını və öz evini qorumasını istəyir: "Bir tərəfdən Pakistanda gizlənən terroristlərin Əfqanıstan daxilindəki hücumları təşkil etdiklərini söyləyir, digər tərəfdən isə Əfqanıstanın bu terroristlərə hücumlarına mane olmağa çalışır."

Google+ WhatsApp ok.ru