Kəskin hava şəraiti ilə bağlı məktəblərdə dərslər dayandırılacaq? 07 Yanvar 2015 02:00 Ölkə Azərbaycanda gözlənilən kəskin soyuq hava şəraiti ilə əlaqədar sabah orta məktəblərdə tədrisin davam etdirilib-etdirilməyəcəyi məsələsinə aydınlıq gətirilib. Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə deyib ki, hava şəraiti ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması barədə nazirlik tərəfindən hələ bir qərar verilməyib: "Əgər belə bir qərar verilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında qar yağacağı, çovğun olacağı gözlənilir. Azərbaycanın rayonlarında sulu qar və qar yağacağı, yağıntının arabir intensivləşəcəyi ehtimalı var. / Teqlər : #Kəskin hava şəraiti ilə bağlı məktəblərdə dərslər dayandırılacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru MTN Suriyada döyüşən 10 terrorçunu həbs etdi- VİDEO `Tubzon`a göndərilən islamçı məhbusların yaxınları nazirlikdə olublar