`Tubzon`a göndərilən islamçı məhbusların yaxınları nazirlikdə olublar

Bu gün təsisçi-baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və digər bir məhbus İsa Yaqubovun ailə üzvləri Ədliyyə Nazirliyində olublar.

Maide.az-ın cenubnews.com-a istinadən verdiyi xəbərə görə, nazirlikdən məhbusların yaxınlarına bildiriblər ki, məhbusların işi Qaradağ rayonu və Bakı Şəhər Prokurorluğunda araşdırılır. Onların hazırda "kars"dadırlar və "kars" müddətinin nə vaxt bitəcəyi hələ ki, bilinmir: "Nazirliyə getdik və orada bizi əvvəlcə yaşlı bir şəxs qəbul edib dinlədikdən sonra, bizə bildirdi ki, indi sizi yazıram Mədət Quliyevin qəbuluna gedəcəksiz ora, biraz gözləyin. Bir neçə dəqiqə sonra bizə yaxınlaşıb bildirdilər ki, Mədət Quliyev məzuniyyətdədir. Siz ancaq onun müavini ilə görüşə bilərsiniz. Biz  bildirdik ki, xeyr əgər Mədət Quliyev ordadırsa onun qəbuluna yazın, çünki orada verilən cavabların hamısı yalan məlumatdır. Ondan sonra bizə bildirdilər ki, sizi indi nazirliyin nümayəndəsi İsa Kazımov qəbul edəcək. İsa Kazımov bizimlə görüşdə "tubzon" rəisi Nizami Quliyevə, Mədət Quliyevin müavini İmran Tağızadəyə və digər orqanlara inanmağı tapşırdı. O, bildirdi ki, hazırda bu işlə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bunların "kars"a salınması ola bilsin ki, 1 ay çəkər, 2 ay çəkər, nə qədər çəkər bilmirəm, amma bu barədə Qaradağ rayon prokurorluğu və Bakı şəhər prokurorluğu araşdırma aparır. Burada həm nadzor, həm də məhbus cinayət törədib. Hər ikisi ilə bağlı araşdırma aparıldıqdan sonra siz onlarla görüşə bilərsiniz."

"İndi kimə inanaq? Bizə hərə bir avaz oxuyur . Kimsə bu barədə heçnə demək istəmir, amma bizim övladlarımız bu qan içən insanların əlində qalaraq əziyyət çəkir. Biz sona qədər övladlarımızı tələb edəcəyik"-
deyə məhbusların yaxınları bildiriblər.
 
Xatırladaq ki, dekabr ayının 22-də 14 saylı cəzaçəkmə müəssəsində məhkum həyatı yaşayan Elşad Babayev həbsxana əməkdaşları tərəfindən döyülərək qətlə yetirilib. Bu cinayətdən sonra dustaqlar həbsxana daxilində etiraz aksiyası keçiriblər. Etiraz aksiyasını keçirən dustaqlar arasında islamçı məhbuslar da olub.Və yuxarı qurumlar cinayəti ört-bastır etmək üçün adı çəkilən həbsxanada olan məhbusların bir qismi xüsusi təyinatlılar tərəfindən gecə yatdıqları yerdə döyülərək qeyri-müəyyən həbsxanalara aparılıb.

Qeyd edək ki, həmin məhkumlardan yalnız bir neçəsinin yerini təyin edən valideynlər yaxınları ilə neçə gündür ki, görüşə bilmirlər. Ailə üzvləri Penitensiar Xidmətə, Prezident Aparatına, Respublika Prokuorluğuna, Ombudsman Aparatına, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədrinə və digər dövlət qurumlarına müraciət etsələr də, verilən cavab onları qane etməyib. /


 

Google+ WhatsApp ok.ru