Kərbəlada “Səccadiyyə ilahiləri”adlı Beynəlxalq festival keçiriləcək

Müqəddəs Məhərrəm ayında (8 noyabr) İmam Səccad (ə)-ın şəhadətinin ildönümü münasibətilə Kərbəla şəhərində “Səccadiyyə ilahiləri” Beynəlxalq festivalı keçiriləcək.
Maide.az xəbər verir ki festivalın hazırlıq komitəsinin rəhbəri Seyid Cəmaləddin Şəhrestani bununla bağlı deyib ki,  İmam Səccadın (ə) tərtib etdiyi  “Hüquq risaləsi”-ndə  qeyd edilən əbədi ümumbəşəri irs haqqında müxtəlif dinlərə və tayfalara mənsub alimlərin və mütəfəkkirlərin məlumatlanması məqsədi ilə keçiriləcək. 
“Səccadiyyə ilahiləri” Beynəlxalq mədəni-dini festivalı   İmam Səccad (ə) –ın tarixi və bəşəri irsi, eləcədə onun “Hüquq risaləsi”əsərində göstərilən əbədi konsepsiyalar və mövzulara söykənir.
Festivalda dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, Almaniya, Fransa, Livan, Suriya, İordaniya, Kuveyt, Ərəbistan, Bəhreyn, İran və Türkiyədən görkəmli dini, elmi, ədəbi xadimlər və professorlar iştirak edəcək.  /

Google+ WhatsApp ok.ru