Uqandada yeni məscidin açılışı olub

Oktyabrın 12-də Afrika ölkəsi olan  Uqandanın “Rushaka” bölgəsində yeni məscidin açılışı olub. 
Maide.az xəbər verir ki, məscidin tikintisi 31 min ABŞ dollarına başa gəlib. Məscid eyni vaxtda 700 nəfəri qəbul etmək imkanına malikdir.
Məlumata görə, məscid Qətərin İslam Təbliğat Təşkilatının maliyyə dəstəi ilə tikilib. Bu təşkilat  indiyədək Uqandanın müxtəlif regionlarında 123 məscid inşa edib. Bu məscidlərin tikinti xərclərinin əhəmiyyətli hissəsi Qətər vətəndaşları tərəfindən təmin olunub.
Rushaka  rayonu ölkənin paytaxtı Kampaladan 420 kilometr məsafədə məsafədə yerləşir və həmin bölgədə məscidə, islam mərkəzlərinə kəskin ehtiyac duyulur. Rayonda yaşayan müsəlmanların sayı 7 min nəfərdir, onlar məscidlərdə iştirak etmək, namaz qılmaq və İslam elmlərini öyrənmək üçün böyük həvəs göstərirlər.
O əlavə edib: Uqandanın prezidenti General Museveni yenicə həmin məscidə baxış keçirib və onu möhtəşəm, yüksək səviyyəli adlandırıb. /

Google+ WhatsApp ok.ru