Kəskin soyuqlar; Miqrantlar Avropada ölüm-dirim mübarizəsi aparır

Avropa qitəsini dondurucu soyuqlar bürüdüyü bir vaxtda, onlarla sığınacaqsız miqrant bu qitədə ölüm-qalım mübarizəsi aparır.
 
Maide.az xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki Qərbi Avropaya istiqamətlənən 10 mindən artıq miqrant hal-hazırda tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar Serbiyada qeyri-müəyyən vəziyyətdə qalıblar.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözcüsü Melita Saniç deyib: “Hal-hazırda 10 mindən artıq miqrant Serbiyada qalıb. Bu, bir çaya oxşayır və onun axınını dayandırsaq, böyük bir axınla qarşı-qarşıya duracağıq. Bu artıq baş verir”.
 
Həmçinin, Sloveniya bildirib ki Xorvatiyadan mindən çox miqrantın ölkəyə daxil olmasına icazə vermir ki, bu da Xorvatiya ilə Sloveniya sərhəddində sərgərdan vəziyytdə qalan miqranalarla bağlı narahatlığı daha da artırır.
 
Eyni zamanda, Makedoniya polisi də bazar günü axşam son 24 saat ərzində 10 minədək miqrantın ölkəyə daxil olduğu haqda məlumat yayıb. /
 

Google+ WhatsApp ok.ru