Kərkükdə 70 girov azad edilib

İraqın şimalında kürd girovlar azad edilərkən 1 ABŞ əsgəri həlak olub.
 
Onları İŞİD terror qruplaşması girov götürmüşdü.
 
Əməliyyat zamanı 70 girovun azad edildiyi bildirilir.Pentaqonun məlumatına görə, onları ölüm gözləyirmiş.
 
Əməliyyat cümə axşamı Kərkük əyalətində keçirilib.Əməliyyat zamanı həmçinin bir neçə terrorçu ələ keçirilib.Terrorçuların girovları saxladığı həbsxananın yerləşdiyi əraziyə vertolyotla qüvvələr atılıb.Əməliyyatda ABŞ əsgərləri, kürd və hökumət qüvvələri iştirak edib. /

Google+ WhatsApp ok.ru