Kəmaləddin Heydərovdan ittiham və xəbərdarlıq

Bəzi rayon və şəhər icra hakimiyyətləri təmir-tikinti işləri zamanı yanğına davam gətirməyən materiallardan istifadə ediblər.
 
Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında deyib.
 
Nazir qeyd edib ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı yanğınsöndürənlər ölümlərini gözləri önünə alaraq çoxlu sayda insanları xilas etdilər: “Təəssüflər olsun ki, yanğında 15 nəfər həyatını itirdi. Təəssüflər olsun ki, nazirliyin müvafiq qurumlarının dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinin başçılarına xəbərdarlıq məktublarına, göstərişlər verməsinə baxmayaraq bəzi rayon və şəhər icra hakimiyyətləri binaların əsaslı təmirində yanğına davamlı olmayan materiallardan istifadə edib. Biz sonra da gördük ki, icra hakimiyyətləri abadlıq zamanı yanğına davamlı olmayan materiallardan istifadə ediblər. Bu, istintaqda da üzə çıxır”.
K.Heydərov iclasda FHN-in hərbi hissəsində baş vermiş əsgər ölüm hadisəsinə də toxunub.
 
“Mülki-müdafiə qoşunları ilə bağlı tələbləri daha da sərtləşdirmişik. Bir əsgərin ölümü baş verib, bundan sonra tələblər bir daha sərtləşib. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi. Bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”, – deyə o bildirib.azadliq azadliq/
 

Google+ WhatsApp ok.ru