Yeni sistem işə düşdü: «I patrol» sistemi hərəkətli və ya hərəkətsiz halda qayda pozanların hamısını qeydə alır»

«Bakıda quraşdırılmış kameralar vasitəsilə hərəkətə tam nəzarət edilir. Yollarda yol polisinin olub-olmamasından asılı olmayaraq, yol hərəkəti qaydalarını pozanlar avtomatik olaraq qeydə alınır. Onlar barədə tədbirlərin görülməsi üçün elektron protokollar tərtib olunur». Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə baku.ws-ə bildirib.
Onun sözlərinə görə, yol patrul inspektorlarına verilən yeni, «BMW» markalı avtomobillərdə olan ən yeni texnikila, «I patrol» sistemi vasitəsilə avtomoatik olaraq hərəkətli və ya hərəkətsiz olan, yol hərəkət qaydalarını pozan, bir sözlə inzibati xəta törədən hər bir hərəkət iştirakçısını qeydə alır.
"Bu sistem dünyada ilk dəfə olaraq Azərbaycanda istifadə edilir. Alınan məlumat mərkəzə ötürülür. Mərkəz vasitəsilə tədbirlərin görülməsi üçün tərtib edilən elektron inzibati protokollar aidiyyatı üzrə vətəndaşlara göndərilir»./
 

Google+ WhatsApp ok.ru