Kəşmirdə qarşıdurma: 17 ölü

Kəşmirdə qarşıdurma: 17 ölü

 
Hindistanın işğal altında saxladığı Kəşmir bölgəsinin Pakistanla sərhəddindəki ordu bazasına qarşı silahlı şəxslər tərəfindən hücum olub.
 
Xarici mətbuata istinadən xəbər verilir ki, Uri bazasına qarşı odlu silah və qumbaralarla həyata keçirilən hücumda 17 Hindistan əsgəri öldürülüb. Hücumu həyata keçirənlərdən 4 nəfər də qarşıdurmada ölüb.
 
Hindistan tərəfi hücumun Pakistan tərəfindən təşkil olunduğunu bildirib. Pakistan XİN sözçüsü Nəfis Zəkəriyyə ittihamlara belə cavab verib: " Bu Hindistanın köhnə taktikasıdır. Onlar hücumlardan sonra həmişə Pakistanı ittiham edirlər".
 
Bu hücum Hindistan əsgərlərinə qarşı həyata keçirilən ən qanlı hücum sayılıb. Hücumu kimin törətdiyi hələ açıqlanmayıb. (deyerıer.org) /
 
 
Kəşmirdə qarşıdurma: 17  ölü
 
Kəşmirdə qarşıdurma: 17  ölü
 
 
 
 

Google+ WhatsApp ok.ru