Kərbəlanın bütün dövlət idarələri Ərbəin üçün 10 gün tətil edəcək

Kərbəlanın bütün dövlət idarələri Ərbəin üçün 10 gün tətil edəcək

-- 30 mindən çox polis şəhər ərazisində zəvvarların təhlükəsizliyini təmin edəcək

Kərbəlada Ərbəin ilə əlaqədar 10 gün ərzində bütün dövlət müəssisə və təşkilatları tətil edəcək.
 
Kərbəla Şəhər Şurasının sərdi Qasem Xatəbi bu barədə məlumat verib. "İmam Hüseynin (ə) Ərbəin mərasimini daha böyük təntənə ilə keçirmək məqsədilə Kərbəla şəhərində bütün idarə və təşkilatlar oktyabr ayının 31-dən noyabr ayının 9-na qədər bağlı olacaq. Bu qərar, Kərbəla Şəhər Şurası və qubernatorluğu tərəfindən Ərbəin mərasimini daha təntələnəli keçirmək, zəvvarlara daha yaxşı xidmət etmək və onların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib", - deyə şəhər şurasının sədri bildirib.
 
O həmçinin bildirib ki, yeganə olaraq şəhərin təhlükəsizlik orqanları gücləndirilmiş iş rejimində çalışacaqlar. 30 mindən çox polis şəhər ərazisində zəvvarların təhlükəsizliyini təmin edəcək.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru