Kərbəlada İmam Zeynəlabidin hospitalının yeni şöbəsinin açılışı olub

Kərbəlada İmam Zeynəlabidin hospitalının yeni şöbəsinin açılışı olub

İraqın ətraf mühit naziri Əlaəddin Əlvan Kərbəlada İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən İmam Zeynəlabidin (ə) adına olan hospitalın pediatrik reanimasiya şöbəsinin açılışını edib.
 
Maide.Az "kerbela.info"-a istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən nazir Əlvan rəhbərlik etdiyi qurumun əhaliyə göstərilən tibbi xidmətlərin inkişafı məqsədilə İmam Hüseyn ziyarətgahının həyata keçirdiyi layihələri dəstəklədiyini diqqətə çatdırıb.
 
"Müraciət edən xəstə sayının artması səbəbindən hospitalımızda yeni doğulan körpələr üçün əlavə 13 inkubatorluq intensiv nəzarət şöbəsi açılıb", - deyə xəstəxananın direktoru Əhməd Fuad nazirə məlumat verib.
 
Direktor əlavə edib ki, yeni açılmış şöbədə tənəffüs çətinliyi və erkən doğuş probemindən əziyyət çəkən körpələr üçün hər cür şərait yaradılıb.
 

Google+ WhatsApp ok.ru