ABŞ aprelə kimi qoşunlarının yarısını Əfqanıstandan çıxaracaq

ABŞ aprelə kimi qoşunlarının yarısını Əfqanıstandan çıxaracaq

ABŞ aprelə kimi qoşunlarının yarısını Əfqanıstandan çıxaracaq
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  müzakirələr üçün Rusiyaya səfər edən Əfqanıstan Taliban üzvləri bu gün - çərşənbə günü ABŞ-ın aprel ayına kimi öz qoşunlarının yarısını bu ölkədən çıxaracaqlarını vədə verdiyini açıqlayıblar.
 
Moskvada Taliban təmsilçiləri ilə keçmiş prezidenti Hamid Karzai-nin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikigünlük danışıqlar dünən başlanıb. Bu, “əfqanlararası” sülh prosesinin tərkib hissəsi adlandırılır, amma Əfqanıstanın hökumət təmsilçiləri iştirak etmir.
 
Əfqanıstan Prezidenti Ashraf Ghani-nin idarəsi toplantını tənqid edib.
 
Bu arada Talibanla ABŞ təmsilçilərinin danışıqları da gedir, amma qruplaşma hökumətlə birbaşa danışmaqdan imtina edir.
 
Rusiya hökuməti ötən gün başlanan görüşün təşkilində əli olmadığını bildirib. Onu Moskvadakı əfqan diaspor liderləri keçirir.
 

 

Google+ WhatsApp ok.ru