Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb - FOTO

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılıb - FOTO

Müqəddəs Kəbə Evinin pərdəsi zil-hiccə ayının ilk gecəsində üç metr qaldırılıb. 
 
Maide.Az "ABNA"a istinadla xəbər  verir ki, örtüyün qaldırılmasından sonra onun yuxarı hissəsi 47 metrlik ağ pambıq parçaya bükülub. Bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirib. Örtük həcc mövsümü başa çatdıqdan sonra öz adi vəziyyətinə qaytarılacaq.
 
Həmçinin Ərəfə günü zəvvarlar Ərəfat səhrasında olduqda, Kəbənin yeni pərdəsi hazırkı pərdəni əvəz edəcək.
 
 
 


Google+ WhatsApp ok.ru