Kabildə baş vermiş partlayışda ölənlərin sayı 34 nəfərə çatıb -YENİLƏNİB

Kabildə baş vermiş partlayışda ölənlərin sayı 34 nəfərə çatıb -YENİLƏNİB

Əfqanıstanın paytaxtı  Kabildə Müdafiə Nazirliyinin binasının və Fransa səfirliyinin yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 34 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, partlayış nəticəsində 68 nəfər xəsarət alıb. 
 
***
Əfqanıstanın paytaxtı Kabildə  güclü partlayış baş verib. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  partlayış  Kabil şəhərində  Mahmudxan körpüsünün yaxınlığında və əhalinin sıx get-gəl etdiyi bir bölgədə baş verib. 
 
Hələlik partlayışın baş vermə səbəbi bilinmir.  İlkin məlumata görə,  partlayış nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb. 
 
Əfqanıstan Daxili İŞLər Nazirliyi partlayışın  Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verdiyini təsdiqləyib. 
 

Google+ WhatsApp ok.ru