Kabulun şərqində intihar hücumu olub

Əfqanıstan DİN müavininin sözcüsü Nəcib Daneş BBC-yə açıqlamasında bildirib ki, bu kamikadze hücumu bu gün səhər yerli vaxtla saat 9 radələrində şəhərin 8-ci mikrorayonunda Golden City qəsəbəsinə yaxın ərazidə baş verib.
 
Maide.az xəbər verir ki, kamikadze piyada və partlayıcı gödəkcədən istifadə edərək Əfqanıstan Seçki Komissiyasının məsul işçilərindən bir olan Vəli ər-Rəhmana məxsus avtomobili hədəfə alıb.
 
Daneş əlavə edib ki, avtomobilin sürücüsü hadisə nəticəsində həlak olub və biri qadın, digəri isə uşaq olmaqla iki nəfər yaralanıb.
 
Bu ilin avqust ayında da sözügedən rayonun yaxınlığında içərisində partlayıcı maddə quraşdırılmış yük maşını partladılımışdı. Bu partlayış Şah Şəhid yaşayış məntəqəsində törədilmiş və ən azı 15 nəfərin ölümünə, 400-ə dək insanın isə xəsarət alması ilə nəticələnmişdi. /
 

Google+ WhatsApp ok.ru