Kamerunda hərbi vertolyot qəzaya uğrayıb: 1-i general olmaqla, 6 nəfər ölüb

Kamerunda hərbi vertolyot qəzaya uğrayıb: 1-i general olmaqla, 6 nəfər ölüb

Qəzanın başvermə səbəbləri məlum deyil
 
Kamerunda vertolyot qəzası baş verib.
 
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
 
Məlumata görə, radikal "Boko Haram" qruplaşması ilə mübarizə məqsədilə ayrılmış hərbi vertolyot qəzaya uğrayıb. Nəticədə 1 general daha 5 nəfər həlak olub.
 
Xəbərdə bildirilir ki, hadisə Kamerun-Nigeriya sərhədində baş verib. Ölənlərdən ikisi ekipaj üzvüdür. Həlak olmuş generalla yanaşı, daha üç nəfərin yüksək vəzifəli şəxslər olduğu bilddirilir.
 
Qəzanın başvermə səbəbləri məlum deyil. /

Google+ WhatsApp ok.ru