Kamerunda qatar relsdən çıxdı: 53 ölü - VİDEO

Kamerunda qatar relsdən çıxdı: 53 ölü - VİDEO

Verilən məlumata görə, Kamerunda həcmindən iki dəfə çox sərnişin daşıyan qatarın relsdən çıxması nəticəsində baş verən qəzada 53 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.
 
Kamerun nəqliyyat naziri Edgard Alain Mebe Ngoo bildirib ki, paytaxt Yaoundenin 120 kilometr qərbindəki Eseka şəhərində baş verən qəzada ən azı 53 nəfər ölüb, 300 nəfər isə yaralanıb.
 
Dəmiryolu rəsmiləri, dövlət radiosuna verdikləri açıqlamada, paytaxt Yaounde ilə liman şəhəri Douala arasında hərəkət edən 600 sərnişin yeri olan qatarda qəza zamanı 1300 nəfər olduğunu bildirilib. (faktxeber) /

Google+ WhatsApp ok.ru