Kamikadzenin özünü partlatması 25 nəfərin həyatına son qoyub

Maide.az xəbər verir ki, "Nüsra cəbhəsi" terror qruplaşmasının üzvü özünü Suriya Silahlı Qüvvələrinin Hələb şəhərindəki postunda partladıb. Nəticədə 25 nəfər həlak olub. Ölənlər hərbçi və Suriya ordusu ilə müttəfiq olan qüvvələrin nümayəndələridir. Hadisə nəticəsində çox sayda insanın xəsarət aldığı bildirilir. Suriya ordusu isə terror qruplaşmasının şəhəri ələ keçirmək cəhdinin qarşısını alıb.
 

Google+ WhatsApp ok.ru