Kanadada şəhər meri hicabda gəzdi -VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, fevralın 1-də Beynəlxalq hicab günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirildi və bütün dünyadan olan təşkilatçılar müsəlmanlarla həmrəyliyini göstərmək üçün sosial şəbəkələrdə hicablı fotolarını paylaşıblar.
 
Fotoların birində Kanadanın Alberta əyalətinin Vud Bafflo şəhərinin meri  Melissa  Bleyk də var. O da müsəlmanlarla həmrəyliyini göstərmək üçün hicaba bürünmüş şəklini facebook-da paylaşıb.
 
FaktXəbər-in verdiyi məlumata görə, Avropa, italiya, İspaniya, Fransadan da olan bir sıra qadınlar öz hicablı şəkillərini paylaşaraq planetin İslama inanclı qadınlarına dəstəklərini ifadə ediblər.
 
Qeyd edək ki, kişilər də müsəlman xanımlara öz dəstəklərini bildiriblər. Səhifələrdə ərəfat şərfində və əllərində müsəlmanların ünvanına xoş sözlər yazılmış vərəqlərlə çoxlu şəkillər paylaşılıb.
 
«Mənim adım Stivendir. Və mən Şotlandiyadan Ümumdünya Hicab gününü dəstəkləyirəm. Qadınlara  (örtülü) geyimlərinə görə, qeyri-obyektiv yanaşılmamalıdır», deyə çiyinlərində ərəfat şərfi olan avropa görünüşlü gənc yazır.

Google+ WhatsApp ok.ru