Kanadada məscidə hücum olunub, 5 nəfər həlak olub -VİDEO

Kanadada məscidə hücum olunub, 5 nəfər həlak olub -VİDEO

Kanadanın Kvebek şəhərində məscidə hücum olunub. 
 
Maide.Az xəbər verir ki, hücum ötən axşam məğrib namazı vaxtı baş verib. Belə ki, namaz zamanı 3 silahlı şəxs məscidə daxil olaraq, oradakıları güllələməyə başlayıb. 
 
Şahidlərin «Reuters» agentliyinə verdiyi məlumata görə, hücum zamanı məsciddə 40 nəfər olub. 
 
Terror hücumu  nəticəsində  5 nəfər həyatını itirib.  Bir neçə nəfərin yaralandığı bildirilir.
 
Polis iki şübhəli şəxsi bu terror hadisəsi ilə bağlı həbs etdiyini bildirib. 
 
Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.
 
 

Google+ WhatsApp ok.ru