Kanadada metroda baş verən texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib

Kanadanın Toronto şəhərində metroda baş vermiş texniki qəza nəticəsində 125 min sərnişin təxliyyə edilib.
 
Şəhər metropoliteninin dörd xətti iki saat ərzində bağlı qalıb.
 
Məlumata əsasən, metronun bütün kommunikasiya sistemləri naməlum səbəbdən sıradan çıxıb.
 
Qeyd olunur ki, 2015-ci ilin iyulunda Torontoda Panamerika Oyunları keçiriləcək. İyulun 10-da başlayıb, 26-da başa çatacaq Oyunlarda 10 minədək idmançı iştirak edəcək, yarışları 250 min tamaşaçı izləyəcək.

Google+ WhatsApp ok.ru